Modern.az

Şagirdlərdən telefonlar yığışdırılır? - Nazirdən açıqlama

Şagirdlərdən telefonlar yığışdırılır? - Nazirdən açıqlama

Təhsil

18 Fevral 2022, 14:04

"Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bunun mərkəzləşmiş qərarla tənzimlənməsini düzgün hesab etmir:

 

"Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm" , - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...