Modern.az

Manaf Ağayevin keçdiyi postlarda yoxlamalar BAŞLADI

Manaf Ağayevin keçdiyi postlarda yoxlamalar BAŞLADI

18 Fevral 2022, 16:15

Müğənni Manaf Ağayev və onun "Tender kralı" kimi tanınan iş adamı dostu Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz keçdikləri polis postlarında yoxlamalara başlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin ( DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, yoxlamalar Füzuli rayonuna qədər olan bütün postlarda aparılır:

 

"Araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək".

 

Qeyd edək ki, müğənni Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs olunub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?