Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 nəfər müalicə olunaraq sağalıb, 9182 nəfər vəfat edib. Aktiv xəstə sayı 37 972 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, bu günə qədər isə ümumilikdə 6 459 513 test icra olunub.