Modern.az

Səhiyyə Nazirliyi: “Azərbaycanda sümük iliyi və qaraciyər köçürülməsinə başlanılacaq”

Səhiyyə Nazirliyi: “Azərbaycanda sümük iliyi və qaraciyər köçürülməsinə başlanılacaq”

15 Yanvar 2013, 11:09

Səhiyyə Nazirliyi yanında “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”nın Modern.az-a verdiyi məlumata görə, ötən il müalicə üçün xəstələr əsasən Türkiyə, Rusiya və İrana göndəriliblər. Komissiya sədri Nəsib Quliyev bildirib ki, bu ölkələrin seçimi təsadüfi deyil.
“Çünki həmin ölkələrlə Azərbaycanın müqaviləmiz var, ona görə də xəstələr müalicə üçün həmin ölkələrə göndərilir. Bu gün milli səhiyyədə yeganə problemimiz sümük, qaraciyər köçürməsi ilə bağlıdır. Bu məsələlərlə bağlı bizə müraciətlər olur, amma bu məsələlər komissiyanın səlahiyyətinə aid edilməyib, ona görə biz orqan köçürməsi ilə bağlı sənədləri qəbul edə bilmirik”.

N. Quliyev bildirib ki, ölkədə böyrək köçürülmə başlayıb, yaxın zamanlarda sümük iliyi köçürülməsi başlanılacaq: “Bundan sonra da yəqin ki, qaraciyər köçürülməsi başlanılacaq”.

Komissiya sədri onu da əlavə edib ki, ötən il komissiyaya 1060 sənəd daxil, olub, onlardan yalnız 4-ü müalicə üçün xaricə göndərilib: “Qalan hallarda xəstələr ölkə daxilində müalicə kursu keçib”.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi