Modern.az

Arvadını güllələdi, polislə atışmada yaralandı - YENİLƏNİB

Arvadını güllələdi, polislə atışmada yaralandı - YENİLƏNİB

Hadisə

18 Fevral 2022, 20:24

Şirvanda qadın əri tərəfindən güllələnib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin “Köhnə şəhər” adlanan ərazisində, Gülbala Şıxbala oğlu küçəsində baş verib.

 

Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

 

Qarın nahiyəsindən güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

 

Elnur Abıyev saxlanarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan Elnur Babayev polislərlə atışmada yaralanıb. O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?