Modern.az

“Xəzər-Lənkəran”klubu İsa Qəmbərə hücumla bağlı rəsmi açıqlama verdi

“Xəzər-Lənkəran”klubu İsa Qəmbərə hücumla bağlı rəsmi açıqlama verdi

15 Yanvar 2013, 11:30

“Müsavat başqanı İsa Qəmbərə hücum edən şəxslərin əyinlərinə bizim klubun formasını geyinmələrindən xəbərdarıq.  Amma İsa Qəmbər öz çıxışında da “Xəzər-Lənkəran” azarkeşləri haqqında bir şey söyləməyib”. Bunu Modern.az-a açıqlamasında “Xəzər-Lənkəran” futbol klubunun  mətbuat katibi Yalçın Əliyev azarkeşlərinə qarşı səsləndirilən bəzi ittihamlara münasibət bildirərkən deyib.

Klub rəsmisi qeyd edib ki, “Xəzər-Lənkəran”ın formaları çox yerdə satılır və bunu çox adam alıb geyinir.
“Bizim formalar, bayraqlar ictimaiyyət üçün açıq yerlərdə satılır. Hamı pul verib onu ala bilər. Bu qalmaqalı salanların “Xəzər-Lənkəran”la və kluba yaxın azarkeş qrupları ilə bağlılığı yoxdur”.

Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər və partiya funksionerləri yanvarın 13-də Lənkərana səfər zamanı bir qrup şəxsin hücumuna məruz qalıblar. Həmin adamların əynində “Xəzər-Lənkəran” futbol klubunun formaları olub.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!