AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə olunub.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik Nizami Cəfərov deyib.
O vurğulayıb ki, akademik Ramiz Mehdiyevin istefası qərarı qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı.