Modern.az

Dəm qazı daha 3 nəfərin ölümünə səbəb oldu

Dəm qazı daha 3 nəfərin ölümünə səbəb oldu

15 Yanvar 2013, 12:41

Ötən gün Azərbaycanda  3 nəfər dəm qazından zəhərlənərək ölüb, bir neçə nəfər isə dərmandan, pomidor turşusu və dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 14-də Cəlilabad rayonunun Alar kənd sakini Pərvanə Həbibova, Sumqayıt şəhər sakini Rəna Alışova və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Şəmsi Qafarov evində dəm qazından zəhərlənərək ölüb.

Həmçinin bildirilib ki, yanvarın 14-də Sumqayıt şəhər sakinləri Gülçöhrə Məmmədova, onun oğlu Süleyman və qızı Səmayə, Günel Abdullayeva, Elşad İsayev, Xırdalan şəhər sakini Nərmin İsgəndərova və Mingəçevir şəhər sakini Vüsal Novruzov evlərindən pomidor turşusundan, dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi