Modern.az

Ramiz Mehdiyev jurnalistlərlə sağollaşdı - FOTO

Ramiz Mehdiyev jurnalistlərlə sağollaşdı - FOTO

19 Fevral 2022, 14:30

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.

 

Modern.az-ın məlumatına görə, AMEA-nın Ümumi Yığıncağından sonra Ramiz Mehdiyev əşyalarını toplayaraq Akademiyanın binasını tərk edib.

 

Jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən R.Mehdiyev "Lazımi məlumatlar mətbuat xidməti tərəfindən verilib", - deməklə kifayətlənib.

 

Sonda o jurnalistlərlə sağollaşıb.

 

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi