Somalinin Hiran bölgəsinin Beledueyne şəhərində terror aktı törədilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayıcı qurğu şəhərin mərkəzindəki kafelərin birində işə salınıb.
Hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralannıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.