Modern.az

Azərbaycanın İrandan idxalı 24% ARTIB

Azərbaycanın İrandan idxalı 24% ARTIB

19 Fevral 2022, 20:11

Bu ilin yanvar ayında Azərbaycanın İran ilə ticarət dövriyyəsinin həcmi 36,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 21,6% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

 

Yanvarda ölkənin İrana ixracı illik müqayisədə 12,7% azalaraq 1,449 mln. dollar, idxal isə 23,6% artaraq 35,085 mln. dollar təşkil edib.

 

Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın İran ilə 33,637 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 25,8% çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi