İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 58-ci Beynəlxalq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında münasibətlər, o cümlədən regionda baş verən son hadisələr müzakirə olunub.
İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaxşılaşdırılması üçün Bağdad hökuməti vasitəsilə aparılan danışıqlara toxunan Abdullahian Ər-Riyad ilə təmasları davam etdirməyə hazır olduqlarını, lakin bunun qarşı tərəfin iradəsindən asılı olduğunu bildirib.
İraqın xarici işlər naziri Tehran və Ər-Riyad arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyə hazır olduqlarını qeyd edib.
İran və Səudiyyə Ərəbistanı rəsmiləri birbaşa danışıqlar aparmaq üçün 2021-ci ilin aprelində Bağdadda görüşüblər. Bundan sonra İraqın vasitəçiliyi ilə danışıqlar davam etdirilib.
Akif İsmayılov