Modern.az

Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Dünya

19 Fevral 2022, 21:58

"Hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır. Çünki bu, beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil".

 

Modern.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Çin hökumətinin ötən həftə açıqladığı sənəddə bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir.

 

"Kimsə Çinin mövqeyini şübhə altına almaq istəyirsə, bu, vəziyyəti şişirtmək və ölkəmizin mövqeyini təhrif etmək demək olacaq”, - deyə çinli nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal