Modern.az

İcra başçısı: “Xəzər rayonunda dəyişiklik olacaq” - FOTO

İcra başçısı: “Xəzər rayonunda dəyişiklik olacaq” - FOTO

15 Yanvar 2013, 14:21

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 2012-ci ilin yekunlarına dair Qala qəsəbə nümayəndəliyində hesabat konfransı keçirib.

Xəzər rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, konfransda çıxış edən icra başçısı Gülağa İslamov çıxışında ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda, həmçinin onun qəsəbələrində bir sıra işlər həyata keçirildiyini qeyd edib. 
Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları, Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə nümayəndəliyinin, rayonun təsərrüfat xidmətləri rəhbərləri, 100 nəfər  Qala qəsəbə sakininin iştirakı ilə keçirilən tədbirdə mühüm məsələlər  müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynov,  Qala Bələdiyyəsinin sədri Talıb Babayev hesabat məruzəsi ilə çıxış ediblər. Onlar öz çıxışlarında qəsəbədə il ərzində görülən işlər və qəsəbənin sosial-iqtisadi vəziyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb.


İcra başçısı Gülağa İslamov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Xəzər rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açıb,  2012-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib,  ölkə başçısının tapşırıqlarına əsasən hazırda Xəzər rayonunda bir sıra infrastruktur obyektlərin tikintisi davam etdirildiyini bildirib və 2013-cü ildə Xəzər rayonunun sosial-iqtisadi həyatında əsaslı şəkildə dəyişikliklər olacağını, Dövlət Proqramında öz əksini tapmış qəsəbə daxili problemlərin bir çoxunun 2013-cü ilin sonuna kimi öz həllini tapacağını qeyd edib.

G.İslamov sonda 2012-ci ilin yekunlarına dair hesabatları qənaətbəxş hesab edib, bundan sonrakı fəaliyyətlərində daha da məsuliyyətli olmağı, yerli sakinlərlə işlərin düzgün qurulması istiqamətində bir sıra tapşırıq və tövsiyyələrini bildirib.

Tədbirin  sonunda  icra başçısı eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi