Bu gündən etibarən Milli Məclis deputatlarının qış tətili başa çatır və artıq komitələrdə iclaslar başlayır. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, bu gündən başlayaraq yanvar ayının axırına qədər komitələrdə iclaslar keçiriləcək.
“Bu gündən başlayaraq onlar iclasların vaxtını müəyyənləşdirəcək. Buna uyğun olaraq burada yaz sessiyasının iclaslarında hansı məsələlərin salınacağı müzakirə olunacaq. Təbii ki, komitələrdə tövsiyə olunacaq ki, həmin məsələlər qanunvericilik işlər planına salınsın. Həmin qanunvericilik işlər planı isə daxili nizamnaməyə uyğun olaraq fevralın 1-də keçirilən ilk iclasda müzakirəyə təqdim olunacaq”, – deyə A. Təvəkküloğlu vurğulayıb.
Aytən Əliyeva