Modern.az

Hafiz Hacıyev qəti qərar verdi: "Namizəd olacağam"

Hafiz Hacıyev qəti qərar verdi: "Namizəd olacağam"

15 Yanvar 2013, 16:17

Bu gün Müasir Müsavat  Partiyasının Mərkəzi Qərargahında yeni ilin ilk toplantısı keçirilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Bir həftəlik bayram tətilindən qayıdan partiya funksionerləri İdarə Heyətinin növbəti toplantısını keçirib.

Toplantıda ilk öncə son günlər ölkədə və dünyada baş verən hadisələr geniş müzakirə edilib. Daha sonra partiyadaxili məsələlər müzakirə olunub.

Toplantıda  2013-cü il prezident seçkilərinə hazırlaşan partiyanın rayon təşkilatları MMP-in bu seçkilərdə namizədinin Hafiz Hacıyev  olması haqda qərar verib. Partiya rəhbərliyi MMP-nin prezident seçkilərində iştirak etməsi və partiya üzvlərinin arzusuna uyğun olaraq namizədin Hafiz Hacıyev olması haqda qərar qəbul olunub.

Hafiz Hacıyev seçkilərə qatılmaq haqda təklifləri müsbət qiymətləndirib. Qərar İdarə Heyətinin bugünkü iclasında təsdiq edilib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi