Modern.az

Çexiya da vətəndaşlarını Ukraynadan çıxarır

Çexiya da vətəndaşlarını Ukraynadan çıxarır

Dünya

20 Fevral 2022, 23:14

"Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

 

"Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə daimi təmasdayıq. Ukraynaya səfərlər haqqında tövsiyələr dərc ediləcək. Mən vətəndaşlarımızı bu vaxt Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm”.

 

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Respublikanın bu ölkədəki səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama