Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı olacaq.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Razılaşmaların həyata keçirilməsi məqsədilə Sergey Lavrov fevralın 20-si fransalı həmkarı ilə telefon danışığına hazır idi. Jan-İv Lö Drian fevralın 20-si bunu edə bilmədi. Müvafiq olaraq, telefon danışığı bazar ertəsinə təyin edilib", - deyə Zaxarova bilidirib.