Modern.az

Rusiyanın daha bir vilayətində fövqəladə vəziyyət tətbiq edildi

Rusiyanın daha bir vilayətində fövqəladə vəziyyət tətbiq edildi

Dünya

21 Fevral 2022, 00:55

Rusiyanın Kursk vilayətində regional fövqəladə vəziyyət tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Buna səbəb hərbi əməliyyatlar təhlükəsinin artması ilə əlaqədar Ukraynanın Donbas bölgəsidən gələn sakinlərin bölgəyə təxliyəsidir.

 

Bundan əvvəl fövqəladə vəziyyət Voronej və Rostov vilayətlərində tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal