Modern.az

Həyatınızı dəyişən kitabın adını deyə bilərsinizmi? - Tanınmışlarla Sorğu

Həyatınızı dəyişən kitabın adını deyə bilərsinizmi? - Tanınmışlarla Sorğu

15 Yanvar 2013, 17:01


Modern.az
kitab mövzusunda daha bir sorğu keçirib: “Həyatınızı dəyişən kitab və ya yazıçı?”. Suala tanınmışlardan cava aldıq.

Aqil Abbas (deputat, yazıçı): “Əsasən Cəlil Məmmədquluzadə və Dostoyevski. Sonra Haqverdiyev, Cəfər Cabbarlı və Tolstoy”. 

Niyazi Mehdi (fəlsəfə elmləri doktoru, professor): “Lotmanın “Struktur xudojestvenniy teksta” və  Losevin “Antiçnoe estetika” kitabları, Bəxtiyar Vahabzadənin 1970-ci illərdə antisovet ruhlu mühazirələri”.

Ağaxan Salmanlı (Xalq artisti, aktyor): “Şekspir, Drayzer, Dostoyevski, Şiller, Molyer, Mopassan, Balzakın seçilmiş əsərləri. Nizami, Füzuli, Cəfər Cabbarlının əsərləri və Əyyub Abbasovun “Zəngəzur“ romanı”.

Elçin Əlibəyli (teletənqidçi, “Publika.az” saytının redaktoru): “Makiavellinin “Hökmdar“ , Aristotelin “Politika”,  İsa Hüseynovun “Məhşər” əsərləri”.

Qəşəm Nəcəfzadə (şair): “Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması, Dostoyevskinin “Karamazov qardaşları” romanı”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi