Modern.az

Deputatlarımız Ermənistana gedir - RƏSMİ

Deputatlarımız Ermənistana gedir - RƏSMİ

Parlament

21 Fevral 2022, 10:23

Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

 

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

 

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi