Modern.az

Azərcell ittihamlara cavab verdi: “Bizim kampaniyalarımız aldadıcı deyil”

Azərcell ittihamlara cavab verdi: “Bizim kampaniyalarımız aldadıcı deyil”

15 Yanvar 2013, 17:11

Bir müddət öncə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Azercell-in kapmaniyalarından narazılıqların olması ilə bağlı Modern.az-da gedən yazıya şirkət tərəfindən rəsmi cavab verilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun quran “Azercell Telekom” MMC-nin kampaniyalarının aldadıcı olması ilə bağlı Modern.az-da gedən məqalədə abunəçinin müraciətinə baxılmaması, cavablandırılmaması barədə irad və qeydlər həqiqətə uyğun deyil.

“Əgər belə hala yol verilməsi faktları mövcuddursa, aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər 8228 qısa nömrə vasitəsi ilə “Uğurlu SMS” lotoreyasında iştirak etmək imkanına malikdirlər. Müvafiq məzmun təminatı “Azercell Telekom” MMC-nin əməkdaşlıq etdiyi 3-cu şəxs (“ABC Content” MMC) tərəfindən həyata keçirilir. Müvafiq xidmətdən istifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, yükləmələrin məzmunu, keyfiyyəti, həmçinin tirajın keçirilməsi ilə bağlı sual və mülahizələrlə əlaqədar məzmun təminatçısı olan "ABC Content" MMC-yə (əlaqə telefonu: +99412 533 01 01; ünvan: Bakı şəhəri Əhməd Cəmil küçəsi 51) müraciət etməyi tövsiyə edə bilərik.

Əlavə olaraq bildirmək istərdik ki, “Uğurlu SMS” Tirajlı, Stimullaşdırıcı lotereyasında iştirak etmiş hər bir abunəçi xərclədiyi pul müqabilində telefona yükləmək üçün məzmun (divar kağızı) alır. Eyni zamanda, onu da qeyd etmək istərdik ki, avtomobil tirajları Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş “Uğurlu SMS” Tirajlı, Stimullaşdırıcı Lotereyasının şərtlərinə əsasən, tamamilə şəffaf şəkildə, çox sayda müşahidəçilərin  iştirakı ilə keçirilir. Müraciət edildiyi təqdirdə növbəti tirajların birində istehlakçıların hüquqlarını müdafiə edən təşkilat nümayəndələrinin də iştirakı məsələsinə baxıla bilər”.

Qeyd edək ki, bir müddət öncə AİB sədri Eyyub Hüseynov “Azercell”in “Toyoto uçuşu” kampaniyasından böyük narazılığın olduğunu və istehlakçıların aldadıldığını bildirmişdi. O heç bir təmənna güdmədən onların tiraj komitəsində iştirak etmək və bunu necə tənzimləndiyini görmək istədiyini də vurğulamışdı.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi