Britaniyalı sahibkar və "YouTube" ulduzu Camal Edvards 31 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun şirkətindən BBC-yə verilən məlumatda bildirilib.
O, Dave, Ed Sheeran və Skepta kimi sənətçilərin karyerasına başlamasına kömək edən onlayn şəhər musiqi platforması olan SBTV-nin yaradıcısı olub.
Qeyd edək ki, anası onun "qəfil xəstəlikdən sonra dünyasını dəyişdiyini" bildirib.
Turqay Musayev