Modern.az

Ermənistan deputatlarımızın təhlükəsizliyinə zəmanət verdi

Ermənistan deputatlarımızın təhlükəsizliyinə zəmanət verdi

21 Fevral 2022, 17:07

Ermənistan parlamenti azərbaycanlı deputatların təhlükəsizliyinə zəmanət verib.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib.

 

Deputat qeyd edib ki, Assambleyanın İrəvanda keçiriləcək komitə iclaslarında Azərbaycanı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov təmsil edəcəklər.

 

Azər Kərimlinin sözlərinə görə, azərbaycanlı deputatların təhlükəsizliyinin təmin olunacağı haqqında Ermənistan parlamentinin baş katibi Vahan Naribekyanın imzası ilə zəmanət məktubu göndərilib. Zəmanət həm AVRONEST Parlament Assambleyasına, həm də Azərbaycan nümayəndə heyətinin adına yazılıb.

 

Qeyd edək ki, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

 

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi