Modern.az

Türkmənistanda prezidentliyə yeni namizədlər var

Türkmənistanda prezidentliyə yeni namizədlər var

Dünya

21 Fevral 2022, 21:02

Türkmənistanın Ahal və Marı vilayətlərində bir qrup vətəndaş martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərdə öz namizədlərini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

 

Ahal vilayət vətəndaşlarından ibarət təşəbbüs qrupu Babadayxan kəndinin sanitar-epidemioloji xidmətinin rəhbəri Maqsatmırat Övezgeldiyevin prezidentliyə namizədliyini irəli sürüb.

 

Bundan əlavə, Türkmənistan Dövlət Energetika İnstitutunun “Bərpa olunan enerji mənbələri” elmi-istehsalat mərkəzinin direktoru Kakageldi Sarıyev Marı vilayətinin təşəbbüs qrupunun namizədi olub.

 

Qeyd edək ki, Türkmənistanın bir qrup vətəndaş tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsi qaydasını müəyyən edən Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, namizəd azı 10 min seçicinin səsi ilə dəstəklənməlidir.

 

Türkmənistanda prezident seçkiləri kampaniyası fevralın 14-də başlayıb. Martın 12-də növbədənkənar seçkilər keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal