Modern.az

"Rusiyanın yeganə müttəfiqi Belarusdur" - NAZİR

Dünya

21 Fevral 2022, 21:21

"Rusiya ilə bizim aramızda olan fərq ondadır ki, Rusiyanın heç bir müttəfiqi yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

 

O qeyd edib ki, Belarus Rusiyanın yeganə müttəfiqidir.

 

"Hər kəsi öz dostları mühakimə etməlidir, Rusiya məsələsində bu, Belarusdur. Bu, Rusiyanın problemlərindən biridir, Moskva bunu başa düşə bilmir. Beynəlxalq ittifaqlar sivil cəmiyyətin və insan hüquqlarına riayət olunmasının əlamətidir. Əgər öz başınıza qalmaq və başqalarının ağzını bağlamaq istəyirsinizsə, sonunuz Şimali Koreya kimi olacaq", - deyə Uolles bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal