Modern.az

Rusiya separatçılarla əməkdaşlıq edəcək - Putin fərman imzaladı

Rusiya separatçılarla əməkdaşlıq edəcək - Putin fərman imzaladı

Dünya

21 Fevral 2022, 23:53

Rusiya Prezidenti Vladimir Putin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın rəhbərləri ilə əməkdaşlıq haqqında müvafiq fərman və sazişlər imzalayıb.


Modern.az xəbər verir ki, bu barədə Kreml rəsmi məlumat yayıb.

 

Prezident Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.


Bundan əvvəl Vladimir Putin Rusiya vətəndaşlarına müraciət edərək bildirib ki, o, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “suverenliyinin” tanınmasını zəruri hesab edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal