Modern.az

Əsəd də qondarma “respublikaları” tanıyacaq

Əsəd də qondarma “respublikaları” tanıyacaq

Dünya

22 Fevral 2022, 00:08

Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, rəsmi Dəməşq “Luqansk” və “Donetsk xalq respublikalarını” tanımağa hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqə qrupunun koordinatoru Dmitri Sablin bildirib.

“Mən əminəm ki, Rusiyadan sonra “DXR” və “LXR” müttəfiqlər və dostlar tərəfindən tanınacaq. Mən Suriya prezidenti Bəşər Əsədlə Donbasdakı vəziyyət barədə danışmışam. O, Suriyanın da onları tanımağa hazır olacağını bildirib. Cənubi Osetiya və Abxaziyanı tanıdığımız kimi”, - deyə  Sablin vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal