Modern.az

NATO-dan separatçılarla bağlı qərara ETİRAZ

NATO-dan separatçılarla bağlı qərara ETİRAZ

Dünya

22 Fevral 2022, 00:47

“Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq özünün tviterdəki hesabında yazıb.

 

O bildirib ki, NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

 

Həmçinin oxuyun: 

Putin Donbasdakı separatçı rejimləri TANIDI

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal