Modern.az

“Ukraynanın sərhədləri dəyişməz qalacaq” - Zelenski

“Ukraynanın sərhədləri dəyişməz qalacaq” - Zelenski

Dünya

22 Fevral 2022, 07:00

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Dövlət başçısının müraciəti televiziya kanalları vasitələsilə canlı yayımlanıb.

 

Zelenski çıxışında Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağını bildirib:

 

"Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq".

 

Zelenski, həmçinin qeyd edib ki, ukraynalılar özünəinamı itirməyiblər:

 

"Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal