“Rusiya prezidenti Vladimir Putin bütün qonşu dövlətləri ilhaq etməklə Rusiya İmperiyasını bərpa etmək istəyir”.
Modern.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild çıxış edib.
“Putin Rusiya imperiyasının bütün ərazilərini SSRİ dövrünə qaytarmaq istəyir. Buraya Ukrayna, Finlandiya, Belarus, Gürcüstan və Moldova, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Litva, Latviya və Estoniya, Polşa və Türkiyə daxil idi. Amma indi 1919-cu il deyil, indi 2022-ci ildir. BMT müstəmləkələşmə deyil, dekolonizasiya prinsipləri üzərində qurulub”, - o, Təhlükəsizlik Şurasının iclasında bildirib.
Bundan əvvəl Putin Ukraynafdakı separatçı “Donetsk və Luqansk xalq respublikaları”nın müstəqilliyini tanıyıb. O, bu qərarın çoxdan gecikdiyini izah edib. Kiyev Rusiyanın hərəkətlərini tənqid edərək BMT Təhlükəsizlik Şurasına müraciət edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, təşəbbüs Minsk razılaşmalarına ziddir.