Milli Məclisin yaz sessiyasının iclaslarını izləmək üçün jurnalistlərin akkreditasiya üçün məktublarının son tarixi yanvarın 15-də bitib. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına bildirib ki, akkreditasiya üçün son vaxt bitsə də, məktublar hələ də daxil olmaqda davam edir.
“Buna görə biz əlavə 5 gün vaxt vermişik ki, gecikdirənlər də Milli Məclisdə akkreditasiya olunmaq üçün məktublarını versinlər. Ümumiyyətlə, hər zaman elan edirik ki, yaz sessiyası üçün akkreditasiya məktubları yanvarın 15-ə, payız sessiyası üçün isə sentyabrın 15-ə kimi qəbul edilir. Əlavə vaxt verilib, amma xahiş edirik ki, məktubları vaxtında versinlər ki, sonra problemlər yaranmasın”.
Aytən Əliyeva