Modern.az

Hadi Rəcəbli evinin yanmasından danışdı

Hadi Rəcəbli evinin yanmasından danışdı

16 Yanvar 2013, 12:27

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Lənkəran şəhərində yerləşən ata evində  yanğın olub. Bu barədə Modern.az-a məlumat verən millət vəkili bildirib ki, yanğın evin kiçik bir hissəsində baş verib və dərhal yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

“Yanğın Lənkəran şəhərində yerləşən ata evimizdə olub. Həmin evdə uzun müddətdir ki, köməyə ehtiyacı olan bir ailə yaşayırdı. Hadisə zamanı evin çox kiçik bir hissəsi, hardasa bir kv metr sahəsi yanıb. Dərhal yanğınsöndürənlər əraziyə cəlb olunaraq yanğının qarşısını alıblar. Heç bir problem yoxdur. Yanğın yəqin ki, səhlənkarlıq ucbatından baş verib”, - deyə deputat məlumat verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi