Modern.az

Məktəblərdəki epidemioloji vəziyyət açıqlanıb

Məktəblərdəki epidemioloji vəziyyət açıqlanıb

Təhsil

22 Fevral 2022, 11:58

"Paytaxtda və regionlarda yerləşən məktəblərdə epidemioloji vəziyyət fərqlidir".

 

Modern.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev söyləyib.

 

O qeyd edib ki,  son iki həftədə yoluxma sayında kəskin azalma müşahidə edilir: 

 

"Bu səbəbdən şagirdlərin dərsə davamiyyəti əvvəlki dövrlərə nisbətən yaxşılaşıb. Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək".

 

Təhsil işçilərinin vaksinasiyasına toxunan F Qarayev bildirib ki, hər bir müəllim öz məsuliyyətini başa düşür:

 

"Müəllimlərimiz bilirlər ki, birmənalı şəkildə şagirdlərlə birbaşa ünsiyyətdədilər və cəmiyyətdə nümunəvi insandırlar. Ona görə də vaksinasiya prosesində aktiv iştirak edirlər". 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...