Modern.az

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix  AÇIQLANDI

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix  AÇIQLANDI

22 Fevral 2022, 12:41

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb. 


Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı məlumat verib.

 

S.Məmmədovun sözlərinə görə, 152 kilometrlik  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun  tikintisi davam etdirilir:


 "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi