Modern.az xəbər verir ki, yanvarın 5-də həyat yoldaşı ilə birgə ağır yol qəzasına düşən AXCP sədrinin müavini Razi Nurullayevin səhhəti əməliyyatdan sonra yaxşılaşıb. R.Nurullayev bu gün bildirib ki, həyat yoldaşı Könül xanım və öz adından çətin günlərində onlara dəstək olan şəxslərə təşəkkür edir.
“Bu gün Könül xanım da əməliyyat olunur. İnsallah, hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edəcəyik. Əfsus ki, əllərim hələ yaxşı tutmadığına görə, çox təşəkkür sözleri yaza bilmədim”-deyə R.Nurullayeav Facebook-da qeyd edib.
AXCP sədrinin müavini Razi Nurullayevin avtomobili yanvarın 5-də yük maşını ilə toqquşub. Hadisə baş verən zaman R. Nurullayevin həyat yoldaşı da avtomobildə olub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alıblar və onlar Klinik Tibbi Mərkəzinə yerləşdiriliblər.