Bir müddət öncə Parlament Jurnalistləri Birliyi tərəfindən Azərbaycan mətbuatı tarixinin qorunması ilə bağlı Mətbuat Muzeyinin yaradılması ideyası irəli sürülmüşdü.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Milli Mətbuat Muzeyinin yaranması ilə bağlı qərar qəbul edilib. Modern.az xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı AMEA-nın bu addımını yüksək dəyərləndirib və qurum adından öz təşəkkürünü bildirib.
Qeyd edək ki, AMEA-nın Rəayasət Heyətinin qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması qərara alınıb.
Aytən Əliyeva