Modern.az

Kreml separatçı respublikaları bu sərhədlər daxilin TANIYIB

Kreml separatçı respublikaları bu sərhədlər daxilində TANIYIB

Dünya

22 Fevral 2022, 15:30

Rusiya Ukrayna ərazisindəki separatçı “Donetsk və Luqansk xalq respublikaları”nın hansı sərhədlər daxilində tanıdığını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml “Donetsk və Luqansk xalq respublikaları”nı özlərini elan etdikləri sərhədlər daxilində tanıyır.

 

Eyni zamanda, o qeyd edib ki, Rusiya Federasiyasının onları tanımasına baxmayaraq, "DXR" və "LXR"də vəziyyət hələ də təlatümlüdür.

 

Peskov jurnalistlərə deyib:

 

“Bir çox vətəndaşlar təhlükə hiss edir, ona görə də müvəqqəti olaraq Rusiyaya gəlməyə qərar verirlər”.

 

Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciəti zamanı "LXR" və "DXR"in suverenliyinin tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini bildirib. Müraciətdən dərhal sonra Putin Kremldə "LXR" və "DXR"i tanıyan fərmanlar imzalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal