Modern.az

Ziyalılar Forumu bəyanat verdi

Ziyalılar Forumu  bəyanat verdi

16 Yanvar 2013, 14:49

Ziyalılar Forumu Milli Ordunun əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı 12 yanvarda gənc fəalların keçirdiyi “Əsgər ölümlərinə son!” aksiyasını yüksək dəyərləndirib və aksiyaçıları dəstəklədiyini bəyan edib.

Forumdan Modern.az-a daxil olan bəyanatda bildirilib ki, aksiya zamanı öz Konstitusiya hüquqlarını həyata keçirən insanlara qarşı tətbiq edilən polis zorakılığı sərbəst toplaşmaq azadlığı kimi fundamental insan azadlığına və Azərbaycan  Konstitusiyasına nümayişkarcasına hörmətsizlikdir.

“Qanunsuz olaraq saxlanılan bir qrup gəncə aksiyada bir saatlıq iştirak müqabilində  kəsilən 500-600 manatlıq cərimələr isə şəhid ailəsini bir ayda 150 manatlıq yaşayışa layiq bilən iqtidarımızın "humanist və insanpərvər" mahiyətinin göstəricisidir. 

Biz əsgər ölümlərinə etiraz tədbirlərinin ictimai önəmini nəzərə alaraq bu cərimələrin ödənilməsini də geniş vətəndaş aksiyasına çevirməyə və fəal vətəndaş mövqeyi olan hər kəsi bu təşəbbüsə qoşulmağa çağırırıq”-deyə bəyanatda bildirilib.

Ziyalılar Forumu Azərbaycan gənclərinin mütəşəkkil etiraz aksiyasından bir gün sonra Müsavat Partiyasının başqanı və prezidentliyə namizədi İsa Qəmbərə qarşı həyata keçirilən sui-qəsdi qətiyyətlə pisləyib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi