Modern.az

İsa Qəmbər yenidən Lənkərana gedir

İsa Qəmbər yenidən Lənkərana gedir

16 Yanvar 2013, 15:21

Üç gün öncə Müsavat başqanının kortejinə hücum edən lənkəranlılar bu dəfə onu necə qarşılayacaqlar?

“Müsavat Partiyası olaraq biz yenidən Lənkərana səfərə gedəcəyik”. Bu barədə Modern.az saytına Müsavat başqanın müavini Gülağa Aslanı məlumat verib. Partiya rəsmisi bildirib ki, Lənkəranda baş verən məlum hadisələrə baxmayaraq başqan İsa Qəmbər və digər müsavat funksionləri yeninə Lənkərana gedəcək.  

“Lənkərana getməklə bağlı fikrimiz qətidir, sadəcə zamanını dəqiqləşdiririk. Partiya öz iş planına uyğun olaraq hərəkət etməkdə israrlıdır. Eyni zamanda bizə gələn dəvətlər də müzakirə olunub qiymətləndirilir. Hələlik günü müəyyənləşdirməmişik. Lənkəran səfərimizdə partiya rəhbərliyi də iştirak edəcək. Azərbaycan bizim də vətənimizdir. Müsavat Partiyası rəhbərinin ölkənin istənilə yerinə getməyə haqqı və hüququ var”, - deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər Müsavatın Lənkəran şöbəsinin yaranmasının 20 illiyilə bağlı tədbirdə iştirak etmək üçün Lənkərana gedərkən şəhərin girişində onun korteji hücuma məruz qalıb. 100-dən artıq etirazçı İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar, müsavatçılar şəhər buraxılmayıb. Hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, müsavatçı Ülvi Quliyev, jurnalist Mehman Kərimov döyülüb. İsa Qəmbər qarşıdumanın böyüməməsi üçün Bakıya qayıtmağa məcbur olub.
Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi