Azərbaycanda səfərdə olan Moldova Parlamentinin sədri azad olunmuş ərazilərə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova Moldova Parlamentinin sədri İqor Qrosla bu gün keçirilən görüşdə müzakirə aparıb.
Sahibə Qafarova Moldova parlament sədrinin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəyini vurğulayaraq, qeyd edib ki, nümayəndə heyəti səfər zamanı həm Ermənistanın işğalçılıq siyasətinin faciəvi nəticələrini, həm də Azərbaycan tərəfindən həyata keçirilən böyük quruculuq və yenidənqurma işlərini öz gözləri ilə görəcək. Söhbət zamanı Milli Məclisin sədri Qarabağın tezliklə Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.
İqor Qros ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb. İqor Qrosu ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa və quruculuq işləri barədə məlumatlı olduğunu vurğulayaraq, həmin ərazilərə nəzərdə tutulan səfərin həyata keçirilən layihələrlə tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Moldova parlamentinin sədri həmçinin Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə ölkəsinə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.