Modern.az

Məşhur avtoritet “Ded Xasan” qətlə yetirildi

Məşhur avtoritet “Ded Xasan” qətlə yetirildi

Aktual

16 Yanvar 2013, 15:34

Rusiyanın paytaxtı Moskvada “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet Aslan Usoyan qətlə yetirilib.

Modern.az Rusiyanın "Rosbalt" agentliyinə istinadən bildirir ki, hadisə bu gün yerli vaxtla saat 14.30 radələrində baş verib. Bildirilir ki, Usoyan Povarsk küçəsində yerləşən “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, “Ded Xasan”a 6 dəfə atəş açılıb, bir neçə güllə onun çənəsinə dəyib. Avtoritet xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu, kriminal avtoritetə olan ikinci sui-qəsddir. Birinci sui-qəsd 16 sentyabr 2010-cu ildə olmuşdu. O zaman yaralanan Aslan Usoyan Botkin adına xəstəxanada əməliyyat olunmuşdu. "Ded Hasan"ın öldürülməsi hansı kriminal avtoritetin sifarişidir? Bu haqda hələlik məlumat yoxdur.
2010-cu ildə ona edilən birinci sui-qəsddə azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin adı hallanmışdı.
Qeyd edək ki, A.Usoyan 1937-ci ildə Gürcüstanda doğulub, milliyətcə kürddür. O, Rusiyada iri kriminal qruplaşmalardan birinə rəhbərlik edirdi.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi