Modern.az

Putin Əliyevlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Putin Əliyevlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Qarabağ

22 Fevral 2022, 17:19

Qarabağdakı vəziyyət qənaətbəxşdir, regionda təhlükəsizliyin təmin olunması baxımından müəyyən razılaşmalar var, baxmayaraq ki, bir sıra problemlər hələ qalmaqdadır. 


Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda deyib.


Bütövlükdə Rusiya prezidenti Qarabağ münaqişəsini hələ tam həll olunmasa da, həll olunmuş kimi qiymətləndirib.


"Hər halda, təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi deyil, həm də ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşmalar var. Hesab edirəm ki, indiki vəziyyətdə yaranan problemlərə baxmayaraq, biz hazırkı səviyyəyə çatmağımızdan razıyıq. Bilirəm ki, hələ mübahisələr, görüləcək işlər var, lakin biz də öz tərəfimizdən bu prosesin sülh yolu ilə davam etməsi üçün hər şeyi edəcəyik. Və beləliklə çalışacağıq ki, bu prosesdə iştirak edən bütün tərəflərin məmnunluğuna nail olaq”, - Putin bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi