Modern.az

"Qaza 2000 avro ödəyəcəklər" - Medvedev təhdid etdi

Dünya

22 Fevral 2022, 18:05

“Almaniyanın kansleri “Şimal axını 2” qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2000 avro ödəyəcəklər!”.

 

Modern.az xəbvər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün sosial media hesabında yazıb.

 

Qeyd edək ki, Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırılmasını tapşırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal