Modern.az

Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

22 Fevral 2022, 18:15

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Binanın 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və yataq dəsti yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu