Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan üç iş adamına, habelə Rusiyanın beş bankına qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bunu Baş nazir Boris Conson parlamentdəki çıxışında bildirib.
Qərara əsasən, rusiyalı iş adamları Gennadiy Timçenko, Boris və İqor Rotenberqlərin Böyük Britaniyadakı bütün aktivləri dondurulur, ölkə ərazisinə girişlərinə də qadağa qoyulur.
Baş nazir bildirib ki, bunlar hələ ilkin sanksiyalardır, lazım gələrsə, Rusiyaya qarşı başqa məhdudlaşdırıcı tədbirlər də görülə bilər.