Modern.az

TANAP Türkiyə iqtisadiyyatına mühüm töhfədir

TANAP Türkiyə iqtisadiyyatına mühüm töhfədir

23 Fevral 2022, 11:24

Yarandığı gündən bir çox ilklərə ev sahibliyi edən TANAP dünya enerji tarixində çox mühüm yer tutur.

 

Modern.az-ın məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında bildirib.

 

S.Düzyolun sözlərinə görə, keçdiyi marşrutda sosial-iqtisadi və mədəni sahələr də daxil olmaqla, hər bir sahədə dəyər yaradan, ən əsası isə iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında qırılmaz əlaqələrin rəmzi olan TANAP ilə Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa bazarlara çıxır:

 

“Enerji sektorunda yeni imkanlar ortaya qoyan layihəmizlə ölkələrimizin bir çox sahələrdə inkişafına töhfə veririk. Şahdəniz-2 yatağından səyahətinə başlayan təbii qaz koronavirus pandemiyasının yaratdığı şəraitdən təsirlənmədən 100% səmərəliliklə nəqlini davam etdirir. Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun (1850 km) və ən böyük diametrli (56”) təbii qaz boru kəməri olan TANAP-ın ilk gündən başlayaraq gələcəyə qədər uzanan uğurlarını izləməkdən qürur duyuruq”.

 

Düzyol bildirib ki, TANAP layihəsinin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib:

 

“Layihədə, boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərə birbaşa və dolayı məşğulluq imkanları təmin edilib. Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılmış, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilmişdir. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1.000-dən çox layihəyə maliyyə dəstəyi verilib”.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi