Modern.az

Filosofların müəmmalı ölümləri - SİYAHI

Filosofların müəmmalı ölümləri - SİYAHI

17 Yanvar 2013, 09:45

Epikürə görə, ölüm bizim üçün heç bir şeydir. Buna baxmayaraq, bəzi filosofların müəmmalı ölümləri əks fikir doğurur. Modern.az onlardan bir neçəsini xatırladır.

Empedokl

Empedoklun ölümü haqqında iki fərziyyə var. Bir fərziyyəyə əsasən, o, qırıq bir qıç ucbatından, digərinə görə, Tanrı olduğunu sübut etmək üçün Etna vulkanının kraterinə tullanaraq ölür.

Heraklit

İnsanlara nifrət etdiyi üçün dağlara qaçır və burada ot-tərəvəzlə qidalanmaqdan bədəni su yığır. Həkimlər bu vəziyyətin müalicə edilə bilməyəcəyini söyləyincə, öz müalicəsini özü etməyə başlayır. Bütün bədənini başdan aşağı gübrəylə örtür və açıq havaya çıxır (bəlkə də kimsənin onu evinə ala bilməyəcəyi üçün). Tarixçi Diogenə görə, üzərindəki gübrəni təmizləyə bilmir və tanınmaz halda itlər tərəfindən parçalanır.  

Sokrat

Afina həbsxanasında zəhərdən ölən Sokratdan bəhs etməyə ehtiyac yoxdur. Onun ən yaxın dostu olmuş və ölürkən də yanında olan tələbəsi Platon onun ölümünü təsvir edərək yazır: “O, zəhəri gülə-gülə içdi. Camı da gülə-gülə yerə qoydu. Sonra bütün bədəni iflic olmağa başladı. Zəhər ürəyinə çatanda isə gözlərindəki işıq tamam söndü”.

Pifaqor

Həddən artıq vegetarian olmağının qurbanı oldu. Günlərin birində bir paxla tarlasına girir, paxlaları əzib qaçdığı vaxt qəfildən dayandığı nöqtədə qalır və onu təqib edən tarla sahibləri tərəfindən öldürülür.

Diogen

Ölümü barədə 3 versiya var: .

1.) Nəfəs almağa tənəzzül etməyərək,
2.) Çiy qida yeməkdən ciddi həzmsizlik,
3.) İtləri arasında çiy qida bölüşdürürkən ayağından qıc olmadan.

Frensis Bekon

Bir toyuğu qarda dondurmaq istəyərkən sətəlcəmə tutulur və sonra ölür.

Rene Dekart

Səhərlər çox erkən qalxmaqdan ölən Rene Dekart talesiz adam olub. İsveç kraliçası Kristinanın sarayına dəvət alma şərəfinə çatdı, kraliçanın gündəlik təhsil istədiyini dəhşətlə öyrəndi, ancaq kraliçanın boş vaxtı sübh saat 5 radələri idi. Hər gün saat beşdə durmaq filosofun axırına çıxdı. Hər halda böyük riyaziyyatçı yazılarında bu rejimdən çox şikayətlənirdi.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi