Modern.az

İranda 227 nəfər koronavirusdan öldü

İranda 227 nəfər koronavirusdan öldü

Aktual

23 Fevral 2022, 13:50

Ötən sutka ərzində İranda  15 340 nəfər koronavirusa (COVID-19) yoluxub, 227 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Koronavirusdan ölənlərin sayı 135 726 nəfərə, yoluxanların sayı isə 6 998 975 nəfərə çatıb. Virus daşıyıcılarından 3 984 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Bugünədək 6 561 376 nəfər koronavirusdan sağalıb, 46,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Təxminən 141 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 22,6 milyon təşkil edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi