Kənd təsərrüfatı naziri İsmət Abasov Ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə “Beynəlxalq Yaşıl Həftə” sərgisində və kənd təsərrfatı nazirlərinin 5-ci Berlin Sammitində iştirak etmək məqsədi ilə 2013-cü ilin 16-27 yanvar tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində səfərdədir.
Nazirlikdən Modern.az-a bildirilib ki, səfər çərçivəsində nazir İsmət Abasov “Yaşıl Həftə” sərgisinin açılış mərasimində iştirak edəcək, Azərbaycanın ölkə pavilyonu ilə tanış olacaq, həmçinin Azərbaycan Respublikasının Berlindəki səfirliyində təşkil ediləcək aqrar forumda iştirak edəcək.
Nazirin Almaniyanın kənd təsərrfatı naziri xanım İlze Ayqnerlə, “Yaşıl Həftə” layihəsinin rəhbəri cənab Lars Yegerlə, Estoniyanın kənd təsərrüfatı naziri cənab Helir Valdor Seederlə və digər görüşləri nəzərdə tutulur.
Səfər müddətində Litvanın kənd təsərrüfatı naziri cənab Viqiliyus Juknanın dəvəti ilə Litvanın stendində təşkil edilən qəbulda nazirliklərarası əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanacaq.
Nazir İsmət Abasov Azərbaycan səfirliyində 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək.
Modern.az